9 Ocak 2017 Pazartesi

MODUL 9-10

08.01.2017-ci il - Yeddinci ve sekkizinci ders 💡
Bu gün "Goohle disk" proqram ilə tanış olduq. Layihə bloggerimizi hazırladıq.

7 Ocak 2017 Cumartesi

MODUL 8

07.01.2017 - Səkizinci dərs 💡
Bu dərs "fhotodex" proqramı ilə tanış olduq. Sorğu və icazə formalarını hazırladıq. Dərs çox maraqlı idi.

MODUL 7

06.01.2017 - Yeddinci dərs 💡
Bu dərs "learningapps" proqramı ilə tanış olduq. Proqram üzərində iş çox maraqlı idi. Mövzunun öyrənilməsi üzrə plan işi üzərində iş apardıq.

4 Ocak 2017 Çarşamba

MODUL 6

05.01.2017-ci il. Altıncı dərs💡
Bu dərs "Müəllim təqdimatı"  üzərində iş aparıldı. Layihə planı üzərində müəllim təqdimatını əks etdirdik. Hiper keçid ilə tanış olduq. Düşünürəm ki, bu məlumat təqdimatlar zamanı mənə çox köməklik göstərəcək.

1 Ocak 2017 Pazar

2016-cı ildə son dərs...

2016-cı ildən xatirələr...

MODUL 5

30.12.2016-cı il - Beşinci dərs 💡
Bu dərs "Müəllim təqdimat"ı ilə geniş tanışlıq keçirdik. Layihəmizə əsasən təqdimat üzərində iş apardıq. Təlimçimiz Asiman müəllim təqdimatla bağlı tək-tək hər birimizin işi ilə məşğul olub fikir və təkliflərini bildirdi. Bu dərs ən çox İKT bacarıqlarıma yeni bacarıqlar əlavə etdiyim üçün ayrı bir məmnunluq hissi duydum. 😊

MODUL 4

29.12.2016-cı il - Dördüncü dərs 💡
Bu dərs mövzular əsasında məlumatlandırma ilə başladı. Yeni bilik və bacarıqlara yiyələndikdən sonra ev tapşırığımız üzərində "Mövzunun öyrənilməsi planı" bölməsində fərdi iş apardıq. Asiman müəllim hər kəslə tək-tək məşğul olur, köməklik göstərirdi. Fikirlər dinlənilir müzakirələr aparılırdı. Hər birimizin ayrılıqda tərtib etdiyi layihə sualı və bu sual üzərində işlər (təməl sual, mövzu sualları, məzmun sualları) gözdən keçirildi. Bu layihənin bilik və bacarıqlarıma çox şey qatacağına əminəm 😊

MOFUL 3

28.12.2016-cı il - Üçüncü dərs 💡
Bu dərs "Mövzunun öyrənilməsi" bölməsi ilə tam tanış olduq. Şəxsi məlumatlar daxil edildikdən sonra təlimçimiz məlumatlandırdığı mövzular əsasında cütlərlə işi həyata keçirdi. Səhvlərimiz və doğrularımız üzərində məlumat mübadiləsi və müzakirəsi geniş şəkildə aparıldı. Maraqlı keçən daha bir dərs 😊

MODUL 2

27.12.2016-cı il - İkinci dərs 💡
Bu dərs "Sistemə giriş üçün məlumatlar bölməsi" və "Gələcək üçün təhsil üzrə ilkin sorğu" hissəsi ilə tanışlıq keçirdik. Məlumatlar daxil edildikdən sonra təlim haqqında təlimçimiz Asiman müəllim bir çox bilik və məlumatlar ilə bizi məlumatlandırdı.

MODUL 1

26.12.2016-cı il - Birinci dərs 💡
İlk təlim dərsimiz təlimçimiz Asiman müəllim və ayrı-ayrı məktəblərdən olan müəllim həmkarlarımız ilə tanışlıqla başladı. Səmimi başlayan ilk dəqiqələr yerini təlim haqqında tanışlığa ötürdü. İlk dərs günündən artıq bir çox bilik və bacarıqlara yiyələnəcəyimə dair düşüncələr tam şəkildə məndə formalaşmışdı. Təlimçimiz Asiman müəllimin köməyi ilə şəxsi portfoliomuz və Blogger səhifəmiz yaradıldı. Müəllimlərin aktivliyi və öyrənmə həvəsi, təlimçimiz Asiman müəllimin də gözündən qaçmadı. Düşünürəm ki, bu təlim çox maraqlı keçəcək 😊